Müəllif: Tamara Mustafayeva, Banco.az
“Tesla”dan avtomobil qiymətlərində növbəti endirim həyata keçirilib.
Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla” ABŞ-dakı iki ən bahalı elektrik avtomobil modelinə azalan tələbi yenidən canlandırmaq üçün bu il üçüncü dəfə qiymətləri endirib.
Şirkətin CEO-su İlon Mask mənfəət marjasından çox həcmi izləməyi vəd edib. Şirkətin flaqmanı kimi tanınan “Model S” sedanı hazırda keçən ayın qiymətindən 5000 dollar endirimlə, yəni 84 min 990 dollardan başlayan qiymətlə satışa çıxarılacaq.
Eyni şəkildə, “Model X” 5000 dollar endirimlə 94 min 990 dollardan başlayan qiymətə satışa çıxarılacaq.
Qeyd edək ki, sözügedən endirimlər insanların avtomobil almasını getdikcə daha da çətinləşdirən, avtomobil sənayesinin yüksək inflyasiya və artan faiz dərəcələri ilə mübarizə apardığı bir vaxta təsadüf edib.
Avtomobillərini birbaşa istehlakçılara satan “Tesla” mütəmadi olaraq satış qiymətlərində kiçik dəyişikliklər edir.
Elektromobil nəhəngi hazırda “Model S”, “Model X”, Model 3” və “Model Y” istehsal edir.
Bizi sosial şəbəkələrdən izləyin!!