Cari il Azərbaycanda inflyasiya birrəqəmli olacaq | Banco.az

Cari il Azərbaycanda inflyasiya birrəqəmli olacaq

Dünya Bankı (DB) 2023-2025-ci illər üzrə Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.

Bu barədə Dünya Bankının hesabatında bildirilib. DB Azərbaycanda inflyasının 2022-ci ildəki 13,5%-dən 2023-cü ildə 8,5%-ə qədər azalacağını proqnozlaşdırıb. Bu isə Azərbaycan Mərkəzi Bankının gözləntilərinə yaxındır.

    Belə ki, AMB-nin bu il üzrə inflyasiya proqnozu 8%-dir. Dünya Bankı həmçinin, 2024 və 2025-ci illərdə də Azərbaycanda inflyasiyanın azalacağını proqnozlaşdırıb. 2024-cü ildə bu rəqəm 6,2%, 2025-ci ildə isə 5,4% təşkil edəcək.

    APA

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Ən sərfəli kredit üçün müraciət et

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et