Bu il Azərbaycana gətirilən bananın idxal qiyməti bəlli olub | Banco.az

Bu il Azərbaycana gətirilən bananın idxal qiyməti bəlli olub

Cari ilin yanvar ayı ərzində Azərbaycana 2 milyon 289.5 min dollar dəyərində 3177 ton banan idxal edilib.

Bu göstəricinin həcmi ötən ilin yanvar ayı ilə müqayisədə həcm baxımından 19.3% və ya 760 ton, məbləğ baxımından isə 19.3% və ya 545.5 min dollar azalıb. Ötən ilin müvafiq dövründə ölkəyə 2 milyon 835.7 min dollar dəyərində 3937 ton banan gətirilib.

    Qeyd edək ki, hesabat dövründə bananın bir kiloqramının orta idxal qiyməti 0.72 dollar( 1.22 AZN) təşkil edib.

    Xatırladaq ki, bananın 100%-i Cənubi Amerika ölkəsi olan Ekvadordan idxal edilib.

    APA

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et