Dünya ölkələri dollara alternativ axtarır | Banco.az

Dünya ölkələri dollara alternativ axtarır

Müəllif - Aida İsaq, Banco.az

Son zamanlar dünya ölkələrinin bəziləri ehtiyat valyuta olaraq ABŞ dollarına alternativ axtarmağa başlayıb. 

Banco.az xəbər verir ki, “The Washington Times”ın məlumatına görə, bu tendensiyanın səbəblərindən biri Rusiyaya qarşı tətbiq olunan beynəlxalq sanksiyalar olub. Bildirilir ki, son zamanlar Rusiya, Çin, Braziliya, Hindistan, İndoneziya, Argentina və Cənubi Afrika da daxil olmaqla inkişaf etməkdə olan ölkələr ABŞ dollarına inam səviyyəsini aşağı salaraq, müxtəlif bank və ticarət əməliyyatları üçün milli valyutalardan istifadə etməyə başlayıb. Bununla yanaşı, inkişaf etməkdə olan ölkələrin milli valyutaları arasında dollara ən yaxın rəqib Çin yuanı olsa da, hazırda beynəlxalq ehtiyatların cəmi 3%-ni təşkil edir. ABŞ dolları üçün isə bu rəqəm 60%-dir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et