“JPMorgan"ın rəhbəri bank böhranının hələ başa çatmadığını söyləyib | Banco.az

“JPMorgan"ın rəhbəri bank böhranının hələ başa çatmadığını söyləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Amerikanın bank sistemi cari böhranın təsirlərini hələ bir müddət də hiss edəcək.

Banco.az xəbər verir ki, “JPMorgan Chase”in Baş İcraçı Direktoru (CEO) Ceymi Dimon ABŞ-da bank böhranının hələ bitmədiyini və təsirlərinin yaxın illərdə də hiss olunmağa davam edəcəyini bildirib.

Ceymi Dimon səhmdarlara yazdığı illik məktubunda “JPMorgan Chase”in fəaliyyətini, eləcə də iqtisadi və geosiyasi riskləri qiymətləndirib.

Ukraynadakı müharibədən və artan geosiyasi gərginlikdən tutmuş, siyasi olaraq bölünmüş Amerikaya qədər bir çox məsələyə toxunan Dimon 2022-ci ilin bütün dünyada əhəmiyyətli çağırışlar ili olduğunu vurğulayıb. O, demək olar ki, bütün ölkələrin yüksək enerji və ərzaq qiymətləri, artan inflyasiya dərəcələri, qeyri-sabit bazarlar və Kovid-19-un davam edən təsirləri də daxil olmaqla qlobal iqtisadi qeyri-müəyyənliyin təsirlərini hiss etdiyini dilə gətirib.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın bank sistemindəki son problemlərə toxunan Dimon qeyd edib ki, bank sistemindəki gərginlik onu göstərir ki, təkcə tənzimləyici tələblərin yerinə yetirilməsi kifayət deyil. Risklərin yüksək olduğunu vurğulayan Dimon dünya inkişaf etdikcə bu risklərin idarə edilməsinin davamlı və diqqətli araşdırma tələb etdiyini söyləyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et