"Amazon" oyun departamentində 100-dən çox əməkdaşını işdən çıxarır | Banco.az

"Amazon" oyun departamentində 100-dən çox əməkdaşını işdən çıxarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Amazon”un davam edən ixtisarları şirkətin oyun istehsalı ilə birbaşa məşğul olanları da əhatə edib.

Banco.az xəbər verir ki, şirkətin bəyanatında “Prime Gaming”, “Game Growth” və “Amazon Games”in San-Dieqo studiyasının daxil olduğu oyun departamentlərində 100-dən çox işçinin işdən çıxarıldığı açıqlanıb. 

İşdən çıxarılanlar işdən çıxma müavinəti, sağlamlıq müavinətləri və yeni iş tapmaq üçün ödənişli məzuniyyət ala biləcəklər.

“Amazon Games”in vitse-prezidenti Kristof Hartman bəzi işçiləri isə yeni layihələrə təyin etdiyini bildirib. O, İrvin və Monrealdakı komandaların böyüməyə davam edəcəyini də vurğulayıb. Bununla yanaşı, qeyd olunub ki, “Amazon”un nəşriyyat fəaliyyəti də genişlənəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram