Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal bazarlarda qızıl unsiyaları bahalaşmaqda davam edir.
Banco.az xəbər verir ki, ABŞ-dan gələn göstəricilərin qənaətbəxş olmaması səbəbindən qiymətli metalın bahalaşması davam edir.
Hazırda spot bazarda qızılın bir unsiyası 2 min 25 dollar səviyyəsi ilə bir ilin ən yüksək həddində ticarət olunur.
Qeyd edək ki, zəif iqtisadi göstəricilərlə yanaşı, dolların mövqeyinin pisləşməsi də qızılın bahalaşmasında rol oynayıb. Xatırladaq ki, qızıl 2020-ci ilin avqustunda 2075 dollarla rekord qırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!