Müəllif: Tamara Mustafayeva, Banco.az
Yeni Zelandiyada faiz artımı gözləntiləri üstələyib.
Banco.az xəbər verir ki, Yeni Zelandiya Ehtiyat Bankı (RBNZ) inflyasiyanı orta müddətli qiymət hədəf aralığına qaytarmaq üçün siyasət faizini 50 baza bəndi artırıb.
Bankın pul siyasəti şurası açıqlamasında bildirib ki, bu qərardan sonra uçot dərəcəsi 4,75%-dən 5,25 faizə qaldırılıb.
Qeyd edək ki, bazarın proqnozu faiz dərəcələrində 25 baza bəndi artım idi.
Yeni Zelandiyada məşğulluğun da "davamlı maksimum səviyyənin üzərində" olduğunu vurğulayan mərkəzi bank inflyasiyanı 1-3 faiz hədəfinə endirməyi planlaşdırdıqlarını bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!