"Qarabağda yenidənqurma dövlət və özəl investisiyaları dəstəkləyəcək" | Banco.az

"Qarabağda yenidənqurma dövlət və özəl investisiyaları dəstəkləyəcək"

Azərbaycan hökumətin 2022-2026-cı illər üçün sosial-iqtisadi strategiyasında qeyd edildiyi kimi işğaldan azad edilmiş ərazilərin bərpa planı dövlət və özəl investisiyaları dəstəkləyəcək.

Bu barədə Asiya İnkişaf Bankının (AİB) dərc etdiyi “Asian Development Outlook 2023” icmalında bildirilib.

    Asiya İnkişaf Bankı bununla belə, 2023-2024-cü illərdə tikinti sektorunda azalmağın olacağını proqnozlaşdırıb: "Tikintidə artım bir qədər yavaşlayacaq, 2022-ci ildəki 13,4%-dən 2023-cü ildə 12,0%-ə qədər azalacaq, 2024-cü ildə isə 11%-ə enəcək. Bunun səbəbi ölkədə əsas ictimai infrastruktur layihələrinin tamamlanmasıdır".

    APA

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et