Neftin qiyməti bahalaşmaqda davam edir | Banco.az

Neftin qiyməti bahalaşmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri OPEC+ qərarından sonra bahalaşmaqda davam edir.

Banco.az xəbər verir ki, xam neft qiymətləri OPEC+-ın gözlənilməz hasilatı azaltma qərarından sonra bir ilin ən böyük artım silsiləsindədir.

ABŞ xam neftinin qiyməti dünənki 6 faizlik artımdan sonra bugün bir barel üçün 81 dolları keçib.

Brent markalı neftin bir bareli isə 85,45 dollara satılır.

Xatırladaq ki, neft qiymətləri martın ortalarında 2021-ci ildən bəri ən aşağı səviyyəyə qədər ucuzlaşdıqdan sonra bərpa mərhələsinə keçib. Çinin Kovid-19 məhdudiyyətlərini aradan qaldırması ilə tələbin artacağı gözləntiləri bu canlanmada təsirli olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram