Aİ 2022-ci ilin martından etibarən Ukraynadan 47 milyon ton taxıl ixrac edib | Banco.az

Aİ 2022-ci ilin martından etibarən Ukraynadan 47 milyon ton taxıl ixrac edib

Müəllif - Aida İsaq, Banco.az

Ötən ilin martından etibarən Avropa İttifaqı Ukraynadan 25 milyon ton taxıl ixrac edib.

Banco.az xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Peter Stano Brüsseldə keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, Qara dəniz təşəbbüsü çərçivəsində 22 milyon ton taxıl ixrac edilib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin TRT Haber kanalı Ukraynadan ixrac edilən taxılın 40%-nin Avropa ölkələrinə, 30%-nin Asiyaya, 12%-nin Afrika ölkələrinə, 13%-nin Türkiyəyə, 5%-nin isə Yaxın Şərqə göndərildiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram