Daha üç Körfəz ölkəsi neft hasilatını azaldacaq | Banco.az

Daha üç Körfəz ölkəsi neft hasilatını azaldacaq

Müəllif - Aida İsaq, Banco.az

Küveyt, Oman və İraq neft hasilatını 2023-cü ilin sonuna qədər könüllü şəkildə azaltmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, Küveytdə bu ilin may ayından hasilat sutkada 128 min barel, Omanda isə sutkada 40 min barel azalacaq. 2023-cü ilin mart ayında İraq 3,295 milyon bareldən çox neft ixrac edib. Ölkədə neft hasilatının sutkada 211 min barrel azalacağı açıqlanıb. Bu isə aylıq hasilatın təxminən 6,5 milyon barel azalmasıdır.

Qeyd edək ki, daha öncəki məlumatlara görə, BƏƏ-nin ilin sonuna qədər neft hasilatını sutkada 144 min barel azaldacağı bildirilirdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram