İngiltərədə mənzil qiymətləri kəskin ucuzlaşıb | Banco.az

İngiltərədə mənzil qiymətləri kəskin ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ilin mart ayında Böyük Britaniyada mənzil qiymətləri illik müqayisədə 3,1 faiz ucuzlaşıb.

Banco.az xəbər verir ki,Nationwide” mənzil maliyyə təşkilatı tərəfindən edilən açıqlamada ölkədə mənzil qiymətlərinin bu ilin mart ayında əvvəlki ilin eyni ayına nisbətən 3,1 faiz azaldığı bildirilib.

Açıqlamada əlavə olunub ki, bu, ölkədə 2009-cu ilin iyun ayından bəri illik olaraq mənzil qiymətlərinin ən kəskin ucuzlaşmasıdır.

Qeyd edək ki, İngiltərə Bankının (mərkəzi bank) faiz artımları səbəbindən mənzil krediti faizləri də artmaqdadır.

Belə ki, ötən həftə İngiltərə Bankı (BoE) uçot dərəcəsini 4 faizdən 4,25 faizə çatdırdığını açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram