London dünyanın əsas maliyyə mərkəzi statusunu itirib | Banco.az

London dünyanın əsas maliyyə mərkəzi statusunu itirib

Müəllif - Aida İsaq, Banco.az

London tarixdə ilk dəfə olaraq dünyanın əsas maliyyə mərkəzi statusunu itirib. 

Banco.az xəbər verir ki, Böyük Britaniyanın paytaxtı Nyu-Yorkla liderliyi bölüşür. Əvvəllər Londonun 59, Nyu Yorkun isə 58 balı olduğu sıralamada hazırda iki böyük şəhərin hər biri 60 bal toplayıb. London borc emissiyası, kommersiya sığortası və aktivlərin idarə edilməsi sahəsində liderliyini qoruyub saxlayır. Bununla belə, qlobal maliyyə mərkəzi statusunu qorumaq üçün Böyük Britaniyanın paytaxtı tənzimlələri təkmilləşdirməli və xaricdən ixtisaslı işçi qüvvəsinin axınını təmin etməli olacaq.

Qeyd edək ki, 2023-cü ilin fevral ayının əvvəlində Beynəlxalq Valyuta Fondu (BVF) Böyük Britaniya iqtisadiyyatı üçün ciddi problemlərin yaranacağını proqnozlaşdırmışdı. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et