Dünya Bankının sədrliyinə yeganə namizəd Ajay Banqa olub | Banco.az

Dünya Bankının sədrliyinə yeganə namizəd Ajay Banqa olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünya Bankının prezidentliyinə yeganə namizəd ABŞ-dan Ajay Banqa olub.

Banco.az xəbər verir ki, Dünya Bankının yaydığı bəyanatda bildirilib ki, Dünya Bankı Qrupunun prezidentliyinə namizədlərin irəli sürülməsi müddəti martın 29-da başa çatıb.

Bəyanatda sözügedən vəzifəyə yalnız bir nəfərin namizəd olduğu, ABŞ-dan Ajay Banqanın namizədliyinin nəzərə alınacağı qeyd edilib.

İcraçı Direktorlar Şurası tərəfindən prosedurlara uyğun olaraq prezidentliyə namizədlə rəsmi müsahibənin keçiriləcəyi, sədr seçkisinin vaxtında başa çatdırılmasının gözlənildiyi bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Dünya Bankının hazırki prezidenti Devid Malpass fevral ayında dörd illik vəzifəsindən istefa verəcəyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et