Almaniyada yeni immiqrasiya qanunu təsdiq edilib | Banco.az

Almaniyada yeni immiqrasiya qanunu təsdiq edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada ixtisaslı işçilər üçün yeni immiqrasiya qanunu təsdiq edilib.

Banco.az xəbər verir ki, Almaniyanın Əmək və Sosial İşlər Nazirliyindən verilən açıqlamada Nazirlər Şurasının Almaniyada ixtisaslı işçi miqrasiyasını asanlaşdırmaq üçün tərtib edilmiş ixtisaslı mühacir strategiyasını təsdiqlədiyi bildirilib.

Açıqlamada bir çox alman şirkətinin uzun müddətdir ki, ixtisaslı işçi tapmaqda ciddi çətinliklər yaşadığı və ixtisaslı işçi çatışmazlığının 2022-ci ildə 1,98 milyon səviyyəsində olduğu qeyd edilib.

Almaniyanın yeni İxtisaslı İmmiqrasiya Qanunu ailənin birləşməsi və peşə ixtisaslarının tanınması kimi müxtəlif sadələşdirmələrə əlavə olaraq, ixtisaslı immiqrantlar üçün bal sistemi təqdim edir. Dil bilikləri, peşəkar təcrübə, yaş və Almaniya ilə əlaqələr balların sayı hesablanarkən nəzərə alınan meyarlar sırasındadır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et