Azərbaycanın sığorta bazarı 24 % böyüyüb | Banco.az

Azərbaycanın sığorta bazarı 24 % böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 221,068 milyon manat sığorta haqqı toplanılıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 24 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 70,514 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 81,1 % çoxdur.

2 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 31,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 21,8 manat olub.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram