ABŞ-ın müflis olan Silikon Vadisi Bankı satılıb | Banco.az

ABŞ-ın müflis olan Silikon Vadisi Bankı satılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-dakı böhranla qlobal bazarlara da təsir edən Silikon Vadisi Bankı (SVB) ilə bağlı yekun qərar açıqlanıb.

Banco.az xəbər verir ki, ABŞ-da tənzimləyici qurum olan Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) verdiyi açıqlamaya görə, “First Citizens Bank” SVB qrupun bütün əmanətlərini və kreditlərini təhvil almağa razılaşıb.

Qeyd edək ki, martın 10-na olan məlumata görə, bankın təxminən 167 milyard dollar aktivi və 119 milyard dollar ümumi əmanəti var.

Razılaşmaya həmçinin 16,5 milyard dollar endirimlə 72 milyard dollarlıq aktivlərin alınması da daxildir. Təxminən 90 milyard dollarlıq qiymətli kağızlar və digər aktivlər isə FDIC-nin ləğvetmə bölməsində saxlanılacaq.

Ən sərfəli kredit üçün müraciət et

FDIC bankdakı böhranın qurumun əmanətlərin sığortalanması fonduna təxminən 20 milyard dollara başa gələcəyini proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et