“PAŞA Bank” “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşulub | Banco.az

“PAŞA Bank” “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşulub

Sosial məsuliyyətli korporativ vətəndaş olan “PAŞA Bank” Novruz bayramı ərəfəsində xeyriyyə fəaliyyətini davam etdirib.

Belə ki, Bank, “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşularaq aztəminatlı ailələrə və ahıllara bayram sovqatını çatdırıb.

“PAŞA Bank” “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşulub

14-15 mart tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirilən bu təşəbbüs çərçivəsində Bakı, Xırdalan, Sumqayıt və İsmayıllı şəhərlərinə səfər təşkil olunub. Beləliklə də, 130 ailəyə bayram süfrəsi üçün qida məhsulları çatdırılıb.

“PAŞA Bank” “Novruz sevinci 2023” xeyriyyə aksiyasına qoşulub

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “PAŞA Bank”, ötən illərdə də Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə xeyriyyə aksiyaları təşkil edib. Bu təşəbbüslər çərçivəsində aztəminatlı ailələrə və ahıllara Novruz və Ramazan sovqatları təqdim olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et