Almaniyanın avtomobil brendinin gəlirləri rekord vurub | Banco.az

Almaniyanın avtomobil brendinin gəlirləri rekord vurub

Müəllif - Aida İsaq, Banco.az

Almaniyanın avtomobil brendi “Porsche AG” 2022-ci ildə əməliyyat mənfəətini 27,4% artıraraq rekord həddə (6,8 milyard avro) çatdırıb.

Banco.az xəbər verir ki, şirkətin gəliri 37,6 milyard avro səviyyə ilə 2022-ci ildə rekord həddə yüksəlib. Bu isə 2021-ci illə müqayisədə 13,6% çoxdur.

Qeyd edək ki, ABŞ-Britaniya şirkəti "Refinitiv" tərəfindən sorğuda iştirak edən analitiklər şirkət üçün 6,86 milyard avro mənfəət və 38,3 milyard avroya qədər gəlir proqnozlaşdırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram