Müəllif - Aida İsaq, Banco.az
Yaxın illərdə “Apple” “AirPods”lara yeni funksiya əlavə etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, məlumata görə, qulaqcıqlar eşitmə qabiliyyəti zəif olan insanlar üçün uyğunlaşdırılacaq. Beləliklə, cihazda səsləri gücləndirmə funksiyaları mövcud olacaq. Ancaq müvafiq məsələ ilə bağlı şirkət tərəfindən geniş şəkildə təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, ABŞ Qida və Dərman İdarəsi tərəfindən hələ də “AirPods”lar tibbi cəhətdən təsdiqlənməyib. “Bloomberg”in məlumatına görə isə, “Apple” “AirPods” üçün bu təsdiqi almağa çalışır.
Bizi sosial şəbəkələrdən izləyin!!