Müəllif: Tamara Mustafayeva, Banco.az
Qızılın qiyməti çərşənbə günündən bəri 3 faizədək bahalaşaraq ayın ən yüksək səviyyəsinə çatıb.
Banco.az xəbər verir ki, ABŞ-ın ən böyük banklarından biri olan Silikon Vadisi Bankının (SVB) iflasından sonra investorlar təhlükəsiz aktivlərə meyil etməyə başlayıblar.
Odur ki, qızıl da cümə günü 2% bahalaşdıqdan sonra Asiya bazarlarında yüksəlişini davam etdirib.
Hazırda spot bazarda qızıl bir unsiyası 1873 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!