Aİ dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi üzrə tədbirləri gücləndirir | Banco.az

Aİ dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün istifadəsi üzrə tədbirləri gücləndirir

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqı Ukraynanın bərpası məqsədi ilə Rusiyanın dondurulmuş aktivlərindən istifadə üzrə tədbirləri gücləndirəcək. 

Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell bildirib. Onun sözlərinə görə, Rusiya Ukrayna əhalisinin qarşılaşdığı böyük itkiləri kompensasiya etməyə, eyni zamanda ölkənin yenidən bərpa olunma xərclərini maliyyələşdirməyə borcludur.

Qeyd edək ki, bundan öncəki məlumatlara görə, Aİ dondurulmuş Rusiya aktivlərindən hüquqi səviyyədə istifadə üçün zəruri addımların atılmasını nəzərdən keçirdiyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram