"TikTok" Avropadakı qadağalardan sonra məlumat təhlükəsizliyi ilə bağlı addım atıb | Banco.az

"TikTok" Avropadakı qadağalardan sonra məlumat təhlükəsizliyi ilə bağlı addım atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TikTok” Avropalı istifadəçilərin məlumatlarının saxlanması üçün təhlükəsiz zona yaradacaq.

Banco.az xəbər verir ki, Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” video-yayım platforması hökumət rəsmiləri tərəfindən istifadə ilə bağlı müxtəlif hökumətlərin təzyiqi ilə üzləşdiyi üçün çərşənbə günü bir sıra açıqlamalar edib.

“TikTok”un Avropa siyasəti üzrə rəhbəri Teo Bertram açıqlamasında Avropada istifadəçi məlumatlarının qorunması istiqamətində görülən işlərdən bəhs edib.

Onun sözlərinə görə, çinli şirkət “Project Clover” adlı startap vasitəsilə “TikTok”un 150 milyon istifadəçisinin məlumatları üçün “təhlükəsiz zona” yaratmağı planlaşdırır.

Bu çərçivədə görüləcək tədbirlərə məlumatların Avropadan kənara ötürülməsinə əlavə məhdudiyyətlərin tətbiqi, məlumat emalına nəzarət etmək üçün xarici təhlükəsizlik şirkəti ilə əməkdaşlıq və avropalı istifadəçilərin məlumatlarının yerli məlumat mərkəzlərində saxlanması kimi addımlar daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et