Müəllif - Aida İsaq, Banco.az
Rusiyanın əlavə güzəştlər əldə etməsinin qarşısını almaq məqsədi ilə biz ölkə neftinin qiyməti üçün limit həddini nəzərdən keçirməliyik.
Banco.az xəbər verir ki, Estoniyanın xarici işlər naziri Urmas Reinsalu bildirib.
O, Avropa İttifaqı (Aİ) ölkələrini martın sonuna qədər Rusiya neftinin qiymətinin bir barel üçün 30 dollara endirilməsi barədə qərar qəbul etməyə çağırıb. Nazir həmçinin Aİ ölkələrini Rusiyanın qonşularına təzyiqi davam etdirməyə səsləyib. Onun fikrincə, bu yolla onların Rusiyaya qarşı sanksiya rejiminin tətbiqinə mane olmalarının qarşısını almaq mümkün olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!