“Aİ-nin Rusiyanın neft və qazdan asılılığı sona çatıb” | Banco.az

“Aİ-nin Rusiyanın neft və qazdan asılılığı sona çatıb”

Müəllif - Aida İsaq, Banco.az

Avropa İttifaqının Rusiyanın neft və qaz tədarükündən asılılığı sona çatıb.

Banco.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, səkkiz ayda Rusiya Avropaya qaz ixracını 80% azaldıb. Ölkələrin birgə səyi nəticəsində bazarda yaranan çatışmazlıq aradan qaldırılıb. Ursula fon der Leyenin məlumatına görə, buna  mayeləşdirilmiş və boru kəməri ilə qaz tədarük edən ABŞ və Norveçin köməyi sayəsində nail olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et