Müəllif - Aida İsaq, Banco.az
“Tesla” səhmlərinin dəyəri 10,66 dollar ucuzlaşaraq 192,11 dollar təşkil edib.
Banco.az xəbər verir ki, müvafiq ucuzlaşma İlon Mask tərəfindən şirkətin gələcək illər üçün inkişaf planının təqdim edilməsi fonunda baş verib. Belə ki, ucuz qiymətə başa gələcək elektromobilin yeni modelinin hazırlanması və istehsalı ilə bağlı məlumatlar diqqət çəkib. Eyni zamanda, şirkət tərəfindən avtomobilin təqdimat tarixi və qiyməti barədə təfərrüatlar açıqlanmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!