ABŞ-ın kommersiya xam neft ehtiyatları artıb | Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftəyə görə təxminən 1 milyon 200 min barel artıb.

Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya əhəmiyyətli xam neft ehtiyatlarının ötən həftə təxminən 1 milyon 200 min barel artaraq 480 milyon 200 min barelə çatdığını açıqlayıb. Bazar proqnozları ehtiyatların 440 min barel artacağı istiqamətində idi.

Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə dəyişməyərək 371 milyon 600 min barel səviyyəsində qalıb.

Qeyd edək ki, sözügedən dövrdə ABŞ-ın benzin ehtiyatları 900 min barel azalaraq 239 milyon 200 min barelə düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et