Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq | Banco.az

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaq

29 dekabr 2022-ci il tarixində Bakı Fond Birjası QSC (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilmişdir.

3 mart 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin ümumi dəyəri 100,000,000 (bir yüz milyon) ABŞ dolları olan istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi həyata keçiriləcəkdir. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN

İstiqrazların növü və forması

İstiqrazların sayı

Nominal Dəyəri

İllik faiz dərəcəsi


Yerləşdirmə tarixi

Tədavül müddəti

Kupon faizlərinin ödəniş müddəti

AZ2001019341

Faizli, təmin edilməmiş, sənədsiz adlı

100,000

(ədəd)

1,000

ABŞ dolları

6 %

 

 

03.03.2023

5 il

İldə iki dəfə (6 aydan bir olmaqla)

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et