Azərbaycan və Qazaxıstan mərkəzi bankları müzakirələr aparıb | Banco.az

Azərbaycan və Qazaxıstan mərkəzi bankları müzakirələr aparıb

"Bu gün Qazaxıstana işgüzar səfər çərçivəsində Qazaxıstan Milli Bankının sədri Qalimjan Pirmatov ilə görüşdük. Görüş zamanı Azərbaycan və Qazaxıstan mərkəzi bankları arasında əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə etdik".

Bu barədə Azərbaycan Mərkəzi bankının sədri Taleh Kazımov məlumat verib.

Görüşdə həmçinin mövcud makroiqtisadi vəziyyət, qlobal iqtisadi proseslərin ölkə iqtisadiyyatına təsirləri, pul siyasəti alətlərinin təkmilləşdirilməsi, ödəniş sistemlərinin inkişafı, rəqəmsal valyutanın yaradılması və digər mövzularda müzakirələr aparılıb.

Xəbər verdiyimiz kimi, dünən Taleh Kazımov bildirib ki, rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Tacikistan Milli Bankının sədri Xoliqzoda Hokim Hikmatullo ilə görüşüb. Görüş zamanı  Azərbaycan və  Tacikistan mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və gələcək istiqamətləri müzakirə edilib. Görüşdə həmçinin makroiqtisadi vəziyyət, maliyyə-bank sektorunun inkişaf məsələləri, sığorta sistemindəki islahatlar və digər mövzularda fikir mübadiləsi aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et