ABŞ 90 şirkətə qarşı sanksiya tətbiq etməyə hazırlaşır | Banco.az

ABŞ 90 şirkətə qarşı sanksiya tətbiq etməyə hazırlaşır

Müəllif - Aida İsaq, Banco.az

ABŞ məhdudiyyətlərdən yayınan 90 şirkətə qarşı ixrac sanksiyaları tətbiq etməyə hazırlaşır. 

Banco.az xəbər verir ki, məlumata görə, Rusiya biznes sektorları, üçüncü ölkələrin, o cümlədən Çin şirkətləri məhdudiyyətlərə məruz qalacaq. Vaşinqton onları sanksiyalardan yayınmada, eləcə də Rusiyanın müdafiə sektoruna dəstək fəaliyyətində iştirak edən təşkilatlar siyahısına əlavə etmək niyyətindədir.

Qeyd olunur ki, belə müəssisələrə ABŞ istehsalı olan və ya Amerika texnologiyası və ya proqram təminatından istifadə etməklə xaricdə istehsal olunmuş məhsulların (məsələn, yarımkeçiricilər) alınması qadağan ediləcək. Yeni sanksiyalara düşən şirkətlərin konkret siyahısı hazırda məlum deyil.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et