İranda avro və dolların məzənnəsi rekord vurub | Banco.az

İranda avro və dolların məzənnəsi rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İranda avro və dolların məzənnəsi tarixi pik həddə çatıb.

Banco.az xəbər verir ki, İranda son aylarda cilovlana bilməyən dollar və avronun bahalaşması ölkə tarixində ən yüksək həddə çatıb. 

Ölkədə sərbəst valyuta bazarını izləyən “bonbast.com”un məlumatına görə, dolların sərbəst bazarda satış məzənnəsi ilk dəfə olaraq 50 min tümən psixoloji həddi keçərək 50 min 100 tümənə çatıb.

Yeni rekorda imza atan avro isə 53 min 340 tümənə alınıb-satılıb.

Qeyd edək ki, yanvarın əvvəlində İranda 1 ABŞ dolları 41 min tümənə alınıb-satılırdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et