Azərbaycanın və Polşanın iqtisadi zonaları arasında anlaşma memorandumu imzalanıb | Banco.az

Azərbaycanın və Polşanın iqtisadi zonaları arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın və Polşanın iqtisadi zonaları arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd Ələt Azad İqtisadi Zonasının (AİZ) idarəetmə heyətinin sədri Valeh Ələsgərov və Vаlbjiх şəhərindəki "INVEST-PARK" xüsusi iqtisadi zonanın direktoru Mariuş Tomçak tərəfindən imzalanıb.

Qeyd edək ki, həmçinin Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasının yekunlarına dair protokol da imzalanıb.

Xatırladaq ki, bu gün Bakı şəhərində Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. İclasda iki ölkənin müxtəlif dövlət strukturlarının nümayəndələri iştirak ediblər.

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et