Britaniyada maaş artımı proqnozları üstələyib | Banco.az

Britaniyada maaş artımı proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada ötən ilin sonuncu ayı üzrə maaş artımı proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Britaniyada 2022-ci ilin dekabr ayı üzrə maaş artımı gözləniləndən daha çox olub ki, bu da İngiltərə Bankının (mərkəzi bank) gələn ay növbəti faiz artımı qərarı üçün zəmin yaradır.

Milli Statistika İdarəsi çərşənbə axşamı bəyan edib ki, bonuslar istisna olmaqla, orta qazanc ötən ilin dekabr ayına qədərki üç aylıq dövr ərzində əvvəlki illə müqayisədə 6,7% yüksək olub. Bu, pandemiya dövrü istisna olmaqla, göstəricilərin hesablanmağa başladığı 2001-ci ildən bəri ən sürətli artım tempidir.

Qeyd edək ki, bu rəqəmlər əmək bazarının sıxlığının əsas əlaməti olmaqla yanaşı, ikirəqəmli inflyasiyanın 2% hədəfinə qaytarılması üçün daha çox iş görülməli olduğunu iddia edən mərkəzi bank rəsmilərinin əlində bir silahdır.

Milli Statistika İdarəsinin hesabatında həmçinin qeyd olunub ki, ölkədə vakant iş yerlərinin sayı sözügedən dövrdə 76 min azalaraq 1134 milyona geriləyib. İnflyasiyaya uyğunlaşdırılan real əmək haqqı isə ötən il 2,5% azalıb ki, bu da 2001-ci ildən bəri ən böyük azalmalardan biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram