“Ölkələrimiz birgə işləməklə çox şeyə nail ola bilər” | Banco.az

“Ölkələrimiz birgə işləməklə çox şeyə nail ola bilər”

“Azərbaycan və İsrail müxtəlif sahələrdə əməkdaşlıq edərək və birgə çalışaraq çox şeyə nail ola bilər”.

Bunu İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Aleks Kaplun Bakıda "Kənd təsərrüfatı və təhsil" mövzusunda keçirilən Azərbaycan-İsrail İnnovasiya Forumunda deyib.

“Ölkələrimiz birlikdə çox şeyə nail ola bilər, bu cür tədbirlərin keçirilməsi isə buna öz töhfəsini verəcək”, - o bildirib.

A. Kaplun müasir dövrdə hər bir ölkənin inkişafı üçün innovasiya sektorunun çox vacib olduğunu əlavə edib.

O qeyd edib ki, müasir dünyada istər təhsildə, istərsə də iqtisadiyyatın və cəmiyyətin digər sahələrində innovasiyalar xüsusi rol oynayır. Azərbaycanda kənd təsərrüfatının və təhsilin inkişafına, bu sahələrdə innovasiyaların tətbiqinə xüsusi diqqət ayrılır.

A.Kaplunun sözlərinə görə, bu forumun keçirilməsi Azərbaycan şirkətlərinin İsrail şirkətləri ilə əməkdaşlığa başlaması, İsrail şirkətlərinin isə Azərbaycan bazarının imkanlarını daha yaxşı tanıması və öyrənməsi üçün müstəsna imkandır.

Ən sərfəli kredit üçün müraciət et

O bildirib ki, bu forum Ticarət Palatasının gələcəkdə həyata keçirməyi planlaşdırdığı işlərin yalnız kiçik bir hissəsidir.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et