Müəllif - Aida İsaq, Banco.az
Belçikalı yazıçı Saskia De Koster bir ay şüşə otaqda yaşayacaq.
Banco.az xəbər verir ki, yazıçı Belçikanın Antverpen şəhərindəki incəsənət muzeyində 12 kvadratmetrlik şüşə divarlı otaqda məskunlaşaraq, yeni kitabını tamamlamaq üçün bir ay işləyəcək.
Muzeyə gələn ziyarətçilər müəllif kitabını yazarkən onu izləyə biləcəklər. Otaqda yalnız kompüter, stol, stul və 28 kitab yer alacaq. Müəllifin yemək və yatmaq kimi gündəlik ehtiyaclarını qarşılamaq üçün şüşə otağın arxasında xüsusi bölmə yerləşir. De Koster otaqda qaldığı müddətdə telefondan, sosial mediadan istifadə etməyəcək və heç kimlə ünsiyyətdə olmayacaq. O, mətbuata açıqlamasında bu addımının ya mükəmməl kitab nümunəsinin yaradılması yaxud da öz təcrübəsinin zənginləşəcəyi ilə yekunlaşacağını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!