Bu ölkənin aviasiya sənayesi işçi çatışmazlığı ilə üz-üzədir | Banco.az

Bu ölkənin aviasiya sənayesi işçi çatışmazlığı ilə üz-üzədir

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın aviasiya sənayesi mütəxəssis çatışmazlığı ilə üz-üzədir.

Banco.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, görülən tədbirlərə baxmayaraq, mühəndis-texniki kadrların, fəhlələrin, o cümlədən konstruktor və texnoloqların kəskin çatışmazlığı müşahidə olunur. Hazırda müvafiq sektor üzrə işçi çatışmazlığı 14 mindən çoxdur.

O, həmçinin müasir standartlara cavab verən təhsil almış ixtisaslı kadrlara təlabatın hər ötən gün artdığını qeyd edərək, tezliklə bu istiqamətdə addımların atılmalı olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et