Bill Qeyts koronavirusun yaradılmasında öz adının hallanmasından danışıb | Banco.az

Bill Qeyts koronavirusun yaradılmasında öz adının hallanmasından danışıb

Müəllif - Aida İsaq, Banco.az

“Microsoft”un qurucusu Bill Qeyts koronavirusun meydana çıxması ilə bağlı öz adının hallanmasına təəccüblənib.

Banco.az xəbər verir ki, o, bunu insanların problemlərlə üzləşərkən əsas günahkarı axtarıb tapmaq istəyi ilə əlaqələndirib. Milyarder pandemiya dövründə bu kimi məlumatların daha çox gündəmə gəldiyini, peyvəndlərlə bağlı adının hallanmasını qeyd edib. Ancaq o, milyonlarla insan həyatını xilas etmək üçün peyvəndlərlə bağlı proseslərdə yaxından iştirak etməyə çalışdığını bildirib. Bill Qeyts, insanların bu cür yanaşmasını həqiqi mənada pandemiyanın yayılmasını anlamaqdan daha çox, mürəkkəb problemin sadə həllini tapmaq üçün axtarışda olduqlarını diqqətə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et