Müəllif - Aida İsaq, Banco.az
Liviya beynəlxalq neft şirkətlərini ölkədəki fəaliyyətlərini bərpa etməyə çağırıb.
Banco.az xəbər verir ki, bu fikri Liviyanın baş naziri Abdel Hamid Dbeiba bildirib. Liviya Milli Neft Korporasiyası Tripolidə “Neft və qaz sektoruna dəstək” mövzusunda forum təşkil edib. Tədbirdə Liviya nazirləri, ölkə rəsmiləri və beynəlxalq enerji şirkətlərinin nümayəndələri iştirak ediblər. A.Dbeiba ölkədə sabitliyin bərpa olunduğunu qeyd edərək, xarici neft şirkətlərinin Liviya bazarına qayıtmasına ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, iyunun ortalarında Liviyada neft hasilatının ölkədəki siyasi böhran səbəbindən dayandırılması limanların və enerji yataqlarının bağlanmasına gətirib çıxarıb.
Bizi sosial şəbəkələrdən izləyin!!