Qlobal təyyarə istehsalçısı 2 minə yaxın işçisini ixtisar edəcək | Banco.az

Qlobal təyyarə istehsalçısı 2 minə yaxın işçisini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Boeing” bu il maliyyə və insan resursları sahəsində 2 minə yaxın ixtisar planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın transmilli təyyarə istehsalçısı “Boeing”in bu addımı şirkət resurslarının daha çox hissəsini "məhsul, xidmət və texnologiyanın inkişafına" sərf etdiyi bir vaxta təsadüf edib.

Şirkətdən edilən açıqlamada bildirilib ki, bəzi korporatv dəstək fəaliyyətlərində daha az işçi qüvvəsindən istifadə etməyə qərar verilməsi ilə bağlı əməkdaşlara məlumat verilib. Həmçinin işdən çıxarılacaq şəxslərlə daim əlaqədə olacaqları və hər zaman dəstəkləyəcəkləri də vurğulanıb.

Xatırladaq ki, sözügedən işlərin təxminən üçdə biri Hindistanın Banqalor şəhərində yerləşən “Tata Consulting Services”ə tapşırılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Şirkət 2022-ci ildə işə götürdüyü 15 min nəfərdən əlavə, bu il daha 10 min nəfəri işə götürməyi planlaşdırdıqlarını da vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et