Müəllif - Aida İsaq, Banco.az
Rusiyaya qarşı sanksiyalar paketində Aİ-nin yol verdiyi boşluqlar fonunda region Rusiyadan neft və dizel yanacağının alışını davam etdirəcək.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg”in analitiki Cek Vittels bildirib. Onun sözlərinə görə, Avropa İttifaqının Rusiyadan neft və neft məhsullarının tədarükünə tətbiq etdiyi embarqoya baxmayaraq, Avropa Rusiyadan yanacaq alışını davam etdirəcək.
O, Avropanın Moskvadan neft və dizel yanacağının əldə edilməsi üçün Rusiyaya qarşı məhdudiyyətlərində bir sıra nöqsanlara yol verildiyini qeyd edib. Eyni zamanda ekspert Avropanın bəzi üçüncü ölkələr vasitəsilə tədarükləri davam etdirə biləcəyini vurğulayıb. Belə ki, birbaşa ticarət dayandırılsa da, sanksiyalardan yan keçməyin bir çox qanuni yolu var. Rusiya neftinin Hindistan kimi ölkələrdə təmizlənərək dizel yanacağı formasında Avropaya göndəriləcəyi ehtimal olunur.
Bizi sosial şəbəkələrdən izləyin!!