Müəllif - Aida İsaq, Banco.az
Moskva hazırda bir çox Afrika ölkələri ilə milli valyutalarla ticarətin aparılması üçün danışıqlar aparır.
Banco.az xəbər verir ki, bu barədə, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Rusiya-Afrika Tərəfdaşlıq Forumu katibliyinin rəhbəri Oleq Ozerov bildirib.
O, Afrika qitəsi ilə milli valyutalarla ticarətə keçidin mümkünlüyü ilə bağlı sualı cavablandırıb. Diplomat müvafiq prosesin icra olunmasının nisbətən çətin olduğunu vurğulayaraq bu istiqamətdə hər iki ölkənin tənzimləyici qurumlarının zəruri qərarları qəbul etməli olduğunu qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!