Avropa 2024-cü ilin qış mövsümü üçün qaz istehlakını azaltmalıdır | Banco.az

Avropa 2024-cü ilin qış mövsümü üçün qaz istehlakını azaltmalıdır

Müəllif - Aida İsaq, Banco.az

Avropa 2024-cü ilin qış mövsümü üçün təbii qaz istehlakını kəskin şəkildə azaltmalı olacaq.

Banco.az xəbər verir ki, bu barədə Türkiyəli köşə yazarı Ata Ufuk Şeker fikirlərini bölüşüb. Onun sözlərinə görə, 2024-cü ilin qışında Rusiyadan boru kəmərləri ilə yanacaq tədarükünün hazırkı səviyyədə davam etdirələcəyi təqdirdə, Avropa İttifaqı qaz istehlakını 13% azaltmaq məcburiyyətində qalacaq. Eyni zamanda havanın temperaturunun da mövsümi normada olması önəmlidir. Bundan başqa, Rusiyanın Avropaya qaz tədarükünü tamamilə dayandırarsa, Avropa İttifaqı qaz istehlakını daha kəskin səviyyədə - 26% azaltmalı olacaq.

Ekspertin sözlərinə görə, Avropa bu qış təbii qaz istehlakının azalması və Aİ ölkələrində kifayət qədər isti hava şəraiti fonunda enerji böhranından qaça bilib. Eyni zamanda, o, qarşıdan gələn qış mövsümü üçün perspektivləri qeyri-müəyyən qiymətləndirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Avropanın qaz infrastruktur operatorları assosiasiyasının (GIE) məlumatına görə, bu ilin yanvar ayının sonunda Avropada yeraltı qaz anbarlarının doluluq səviyyəsi 75%-dən aşağı düşüb. Assosiasiyanın məlumatına görə, yanvarın 28-də səhər saatlarında yeraltı anbarlarda qaz ehtiyatı 81,2 milyard kubmetrə yaxın olub. Ötən il üçün müvafiq səviyyə 38,93% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et