ABŞ bu ölkələrə 135 milyon dollar göndərəcək | Banco.az

ABŞ bu ölkələrə 135 milyon dollar göndərəcək

Müəllif - Aida İsaq, Banco.az

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) əvvəllər ləğv edilmiş ABŞ-Rusiya İnvestisiya Fondundan 135 milyon dollar xərcləməyi planlaşdırır. 

Banco.az xəbər verir ki, müvafiq məbləğ Ukrayna və Moldova iqtisadiyyatlarını bərpa etmək üçün nəzərdə tutulub. Agentliyin məlumatına görə, ümumilikdə 154 milyon dollar məbləğində maliyyə vəsaiti ayırılacaq. Məbləğin 135 milyon dolları isə Ukrayna və Moldova iqtisadiyyatlarının bərpasına dəstək üçün Regional Birbaşa İnvestisiya Fonduna (WNISEF) yönləndiriləcək.

Qeyd edək ki, 1995-ci ildə yaradılan və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən ABŞ-Rusiya İnvestisiya Fondu 2008-ci ildə ləğv edilib. Məlumata görə, həmin zamandan müvafiq fondun hesablarındakı vəsaitlər dondurulub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et