Avropa Mərkəzi bankı stress-testdən keçirəcəyi bankların sayını açıqlayıb | Banco.az

Avropa Mərkəzi bankı stress-testdən keçirəcəyi bankların sayını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa Mərkəzi Bankı (ECB) 99 bankı stress-test yoxlamasından keçirəcək.

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankı (ECB) uzun müddətdir davam edən yüksək inflyasiya və faiz dərəcələri ilə necə mübarizə apara biləcəklərini öyrənmək üçün bankları stress-testdən keçirəcək.

Bu barədə ECB rəsmi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, 2023-cü il üzrə stress-test yoxlanışında 57-si Avrozona bankları olmaqla ümumilikdə 99 bankın maliyyə strukturu araşdırılacaq.

İki ildən bir keçirilən stress-test yoxlanışı milli qurumlarla əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Testin iyul ayında dərc olunacaq nəticələri mənfi şokların çətin makroiqtisadi şəraitdə bankların dayanıqlığına necə təsir göstərəcəyini müəyyən edəcək.

Xatırladaq ki, ECB 2021-ci ildə isə 50 bankı stress-testdən keçirmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram