2023-cü ildə çip qiymətləri ucuzlaşmağa davam edəcək | Banco.az

2023-cü ildə çip qiymətləri ucuzlaşmağa davam edəcək

Müəllif - Aida İsaq, Banco.az

Yaddaş çiplərinin qiymətləri ötən il olduğu kimi bu ilin ilk yarısında da ucuzlaşmağa davam edəcək.

Banco.az xəbər verir ki, mövcud proqnozlar hazırda investisiya qoyuluşunu azaltmış bu sektora təzyiqləri daha da artırır. Ekspertlər 2022-ci ilin son 3 ayında bu məhsulların qiymətlərinin 20 faizdən çox azaldığını qeyd edir.

DRAM və NAND fləş çiplərinin qiymətləri oktyabr-dekabr dövründə əvvəlki 3 aya nisbətən müvafiq olaraq 23 % və 28 % azalıb. Cari proqnozlara görə, DRAM qiymətlərinin ilk rübdə 20 %, ikinci rübdə 11 %, NAND qiymətlərinin isə birinci rübdə 10 faiz, ikinci rübdə 3 faiz enəcəyi gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram