Aİ elektrik enerjisi istehsalında ilk dəfə külək və günəş enerjisi rekord vurub | Banco.az

Aİ elektrik enerjisi istehsalında ilk dəfə külək və günəş enerjisi rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aİ-də ilk dəfə külək və günəş enerjisi istehsalı təbii qazı üstələyib.

Banco.az xəbər verir ki, Londonda yerləşən enerji araşdırma mərkəzi olan “Ember”in “Avropa Elektrik Enerjisinin Qiymətləndirilməsi 2023” hesabatına görə, keçən il Avropa İttifaqının (Aİ) elektrik sektorunda ən böyük qaz tədarükçüsü olan Rusiyadan gələn qaz axınının azalması, 500 ildə bir dəfə müşahidə olunan quraqlıq hadisəsi, Fransa və Almaniyada nüvə enerjisindən elektrik enerjisi istehsalının gözlənilmədən geriləməsi səbəbindən "üçqat böhran" baş verib.

Bəlli olub ki, Avropa İttifaqına (Aİ) üzv ölkələrdə külək və günəşin elektrik enerjisi istehsalındakı payı 2022-ci ildə rekord səviyyəyə - 22,3 faizə çataraq ilk dəfə təbii qazı ötüb.

Ən sərfəli kredit üçün müraciət et

Ümumi götürdükdə isə elektrik enerjisi istehsalının 32 faizi su-elektrik və nüvə, 22,3 faizi külək və günəş, 19,9 faizi təbii qaz, 16 faizi isə kömür hesabına təmin edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et