ABŞ-da işsizlik səviyyəsi azalıb | Banco.az

ABŞ-da işsizlik səviyyəsi azalıb

Müəllif - Aida İsaq, Banco.az

2022-ci ilin dekabr ayının sonunda ABŞ-da işsizlik səviyyəsi 3,5%-lə son yarım əsrdə ən aşağı səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, bəzi ştatlarda bu göstərici daha aşağı olub. Rəsmi qurumların məlumatına görə, keçən ay 2.2% ilə ölkədə ən aşağı səviyyə Yuta ştatında qeydə alınıb. Digər ştatlarda isə səviyyə nisbətən yüksək olub.

Bununla yanaşı, müxtəlif ştatlarda əmək bazarının artım tempi fərqli tendensiyalarla müşahidə olunub. Məsələn, Nevada ştatında 2022-ci ilin son ayında işsizlik səviyyəsi 5,2% təşkil edib. Bu isə Yuta ştatından demək olar ki, 2,5 dəfə yüksək olub. 

Qeyd edək ki, bütövlükdə ölkədə iqtisadiyyatın müxtəlif sahələrində yeni iş yerlərinin yaranması nəzərə alınmaqla, son 12 ayda əmək bazarı nisbi artım nümayiş etdirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et