Bu şirkət 4 min işçisini işdən çıxarır | Banco.az

Bu şirkət 4 min işçisini işdən çıxarır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IBM” şirkəti 4000 əməkdaşını ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “IBM” ümumi işçi qüvvəsinin 1,5 faizini təşkil edən 4 minə yaxın insanı ixtisar edəcəyini açıqlayıb.

Bu barədə şirkətin Baş Maliyyə Direktoru Ceyms Kavano xəbər verib.

Gəlirlərin azalmasının ixtisarların əsas səbəbi olmadığını izah edən şirkət artan xərclər və ürəkaçan olmayan bazar şərtlərinə görə bu qərarı qəbul etdiklərini vurğulayıb.

Xatırladaq ki, qlobal inflyasiyanın təsiri altında 2021-ci ildən bəri “IBM” işçilərinin sayı təxminən 22 min nəfər azalıb.

Xəbər verdiyimiz kimi, şirkət dünən 2022-ci ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını da açıqlayıb. Aşağıdakı link-ə daxil olaraq ətraflı məlumatla tanış ola bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et

Texnologiya nəhəngi "IBM"in xalis mənfəəti 71 faiz azalıb

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et