Əlcəzair və İtaliya yeni qaz kəməri ilə bağlı razılığa gəliblər | Banco.az

Əlcəzair və İtaliya yeni qaz kəməri ilə bağlı razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əlcəzairin milli neft və qaz şirkəti “Sonatrach” təbii qazın Avropaya nəqli üçün İtaliya ilə razılığa gəlib.

Banco.az xəbər verir ki, bu barədə “Sonatrach” şirkətindən yazılı bəyanat verilib.

Bəyənatda qeyd olunur:

“Strateji niyyət haqqında ilkin anlaşma memorandumu Əlcəzairin davamlı keçidini dəstəkləməyə diqqət yetirməklə enerji təhlükəsizliyini təmin etmək məqsədilə Avropaya enerji ixracını artırmaq üçün ən yaxşı variantları müəyyən etmək məqsədi daşıyır.”

İmzalanan ikinci memorandumun Əlcəzairdə istixana qazı emissiyalarının azaldılması imkanlarını və bu azalmanı həyata keçirmək üçün ən yaxşı üsulları müəyyənləşdirəcəyini vurğulayaraq qeyd olunub ki, bu yeni sazişlər Əlcəzair və İtaliya arasında tərəfdaşlığı gücləndirəcək və “Sonatrach”ın Avropanın əsas enerji təchizatçılarından biri kimi mühüm rolunu təsdiq edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et